A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllim və tələbələrinin layihələri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibi olub.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin II kurs tələbəsi Eşqin Cəfərovun “Misgar.az” layihəsi 15000 AZN, Texnologiya və dizayn fakültəsinin IV kurs tələbəsi Fəqan Çələbizadənin “TagWishes”layihəsi 14000 AZN, Biznes və menecment fakültəsinin dekanı dos. Mirağa Əhmədovun “Texnologiya transferi mexanizminin təkmilləşdirilməsində veb resursların işlənilməsi və tətbiqi” layihəsi isə 12000 AZN qrant qazanıb.TagWishes layihəsi Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC, UNECvə İnnovativ Biznes-İnkubatorun (İBİ) birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Made in Azerbaijan” biznes ideya müsabiqəsinin qalibi, Misgar.az layihəsi ilə müsabiqənin finalçısı olub.“Made in Azerbaijan” biznes ideya müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.Biznes ideya müsabiqəsinin davamı olaraq qalib və finalçılar startap kimi İBİ-nin inkubasiya proqramına qoşulublar.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay