UNEC news dövlət sifarişi və ödənişli əsaslarla qəbul olan abituriyentlərin qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısını təqdim edir:
- Attestatın əsli;
- Şəxsiyyət vəsiqəsinin surəti - 3 ədəd;
- İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti - 2 ədəd;
- Fotoşəkil (ağ fonda) 3x4 ölçüdə - 5 ədəd;
- Əmək kitabçasının surəti (işləyənlər üçün).
Qeyd: Ödənişli təhsil alan I kurs tələbələri qeydiyyatdan keçərkən I ilin təhsil haqqını müqavilə şərtlərinə uyğun tam şəkildə ödəməli, sonrakı illərdə isə ildə iki dəfə hissə-hissə ödəyə bilər.