A

Fevralın 25-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xocalı soyqırımının 24 illiyinə həsr olunan təbdir keçirilib.

Tədbirdən öncə iştirakçılar Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan, yarpaqlarında faciə qurbanlarının adları həkk olunan abidə ağacı və tələbələrin soyqırımı əks etdirən rəsm əsərləri ilə tanış olublar.Tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlanıb. UNEC rektoru, professor Ədalət Muradov Xocalı soyqırımının bəşəriyyət və insanlıq əleyhinə yönəlmiş dəhşətli cinayət olduğunu bildirib. Bu amansız soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində Ulu Öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb.Heydər Əliyev Fondunun soyqırımı həqiqətlərinin dünyaya bəyan edilməsi istiqamətindəki xidmətlərini vurğulayan rektor, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının əhəmiyyətindən danışıb. UNEC tələbələrinin “Xocalıya ədalət!” çağırışına qoşularaq “UNEC’s Khojaly outreach” adlı müsabiqə keçirdiyini bildirib. UNEC-in Yaradıcılıq Mərkəzinin Tarix dərnəyinin təşkil etdiyi müsabiqədə tələbələr Xocalı soyqırımını əks etdirən təqdimatla çıxış ediblər.Tədbirdə müsabiqə qalibləri Nigeriya vətəndaşı Con Aroqun və Elşad Quliyev öz təqdimatlarını nümayiş etdiriblər. Sonra Xocalıya həsr edilən videorolik izlənilib. UNEC-in Yaradıcılıq Mərkəzinin hazırladığı “Xocalı soyqırımı tablosu” tamaşası oynanılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay