A

UNEC-in tələbələri AccessBank Tələbə Təqaüd Proqramının qalibi olub.

Azərbaycanın ali təhsil müəssisələrindən 800-dən çox tələbənin müraciət etdiyi Tələbə Təqaüd Proqramı 4 mərhələdən ibarət olub. I mərhələdə tələbələrin orta müvəffəqiyyət göstəriciləri və motivasiya məktubu əsas götürülüb. II mərhələdə isə tələbələr məntiq sualları üzrə imtahan veriblər. Esse müsabiqəsindən də uğurla keçən III mərhələnin qalibləri  üçün finalda müsahibə təşkil olunub. Müsabiqənin yekununda 10 tələbə qalib seçilib. UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi və SABAH qruplarında təhsil alan 3 tələbə də AccessBank Tələbə Təqaüd Proqramının qalibləri sırasında olub.

Qalib tələbələri təqdim edirik:

  1. Firuzə Əlizadə - Beynəlxalq İqtisadiyyat Məktəbi, maliyyə ixtisası, 4-cü kurs
  2. Zal Əlizadə - Beynəlxalq İqtisadiyyat Məktəbi, maliyyə ixtisası, 4-cü kurs
  3. İslam Tağıyev - SABAH mərkəzi, maliyyə ixtisası, 4-cü kurs.

Tələbələrimizi təbrik edir, onlara təhsillərində və gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay