A
Martın 17-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Novruz şənliyini keçirilib.Tədbirdən öncə rektor, professor Ədalət Muradov bayram tonqalını alovlandırıb. UNEC-in üçüncü tədris binasında qeyd olunan şənlikdə universitetin professor-müəllim heyəti və tələbələri bayram münasibətilə təbrik edən Ə.Muradov Novruz bayramını birlik, mənəvi saflıq, barışıq, təbiətin oyanışı kimi xarakterizə edib. Azərbaycan dövlətinin milli dəyərlər və milli ənənələlər üzərində qurulduğunu diqqətə çatdırıb. Rektor Əmtəəşünaslıq fakültəsinin yerləşdiyi üçüncü tədris binasının yerləşdiyi ərazidə yaxın gələcəkdə ən müasir standartlara cavab verən təhsil kompleksi tikiləcəyini bildirib.Sonra fakültələr arasında xonça müsabiqəsi, güləş yarışı keçirilib. Əcnəbi tələbələrin ifasında Azərbaycan musiqiləri səsləndirilib. Kommersiya fakültəsinin tələbələrinin ifasında səhnəciklər göstərilib.Novruz müsabiqəsinin qalibi

Əmtəəşünaslıq fakültəsi

olub. II yerə

Texnologiya və dizayn

, III yerə isə

Kommersiya fakültəsi

layiq görülüb.Sonda qaliblərə simvolik hədiyyələr təqdim edilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR