A

Martın 31-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdən öncə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediib.

UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, 31 Mart soyqırımı xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırım siyasətinin ən dəhşətli təzahürlərindən biridir. Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımız tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edib. Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında bu hadisələrə siyasi qiymət verilib və ilk dəfə olaraq xalqımızın ermənilər tərəfindən soyqırıma məruz qaldığı rəsmi surətdə bəyan edilib: “Biz gənclərdə möhkəm milli yaddaş formalaşdırmalı və düşmənə münasibətdə onlara nümunə olmalıyıq”. Rektor bildirib ki, Azərbaycan xalqı, xüsusilə gənclər qanlı tarixi unutmamamlı, bu dəhşətləri törədənlərə qarşı mübariz ruhda böyüməlidir.AMEA-nın əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi “1918-ci il Azərbaycanlıların soyqırımı: mahiyyəti, miqyası, nəticələri” adlı təqdimatla çıxış edərək erməni daşnaklarının xalqımızın başına gətirdikləri müsibətlərdən söz açıb. Soyqırımın tarixinə nəzər salan professor bildirib ki, Bakıda bir həftə ərzində 12 mindən artıq insan, silahsız türk-müsəlman əhali qətlə yetirildi. Elə həmin günlərdə Şamaxı şəhəri və onun ətraf kəndləri yandırıldı. Martın 31-də təkçə Şamaxıda 18-20 min nəfərədək insan erməni silahlıları tərəfindən qətlə yetirilib,ümumilikdə isə hadisələr zamanı ölənlərin sayı 50 min nəfərədək olub. S.Tohidi müxtəlif siyasi və millətçi partiyaların bayrağı altında çıxış edən erməni təşkilatları tərəfindən müsəlman əhalinin, əsasən də azərbaycanlıların düşünülmüş və məqsədyönlü şəkildə öz doğma torpaqlarından çıxarılması və kütləvi qırğının törədilməsi siyasətinin mahiyyəti açıqlayıb. Mart hadisələri barədə həqiqətlərin sənədlərdə əbədiləşməsi və bu günümüzədək gəlib çatmasında xidmətləri olan Fətəli Xan Xoyski, Məmməd Həsən Hacinski, Xəlil bəy Xasməmmədov və digərlərinin  adlarını xüsusi vurğulayıb.

Tədbir müzakirə və fikir mübadilələri ilə davam edib.Sonda UNEC-in əcnəbi tələbələrinin 31 Mart soyqırımına həsr etdikləri videofilm göstərilib. Videofilmdə əcnəbi tələbələr soyqırım faktlarını sadalayıb, erməni vəhşiliklərini pisləyiblər.https://www.youtube.com/watch?v=SMDPaVLq2TQ

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay