A

Martın 31-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin Tələbə Həmkarlar İttifaqı Təşkilatı (THİK) 31 Mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunan tədbir keçirib.Tədbir soyqırım qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Fakültə dekanı Mənsur Bərxudarov tələbələrə ermənilərin xalqımıza qarşı yürütdüyü düşmənçiliyin tarixi barədə ətraflı məlumat verib. Gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması üçün gənc nəslə soyqırımı törədənlərə qarşı nifrət hissini aşılamağın, onlarda vətənpərvərlik hisslərini daim yüksək səviyyədə saxlamağın vacibliyini vurğulayıb. M.Barxudarov tələbələrə xalqımıza qarşı həyata keçirilən soyqırım haqqında möhkəm milli yaddaş formalaşdırmağı,bu faciəyə bütün dünyada siyasi və hüquqi qiymət verilməsi üçün onların həmrəy olmasını tövsiyə edib.Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay