A

trend.az

Azərbaycan Cənubi Qafqaz regionunda Çinin əsas ticarət tərəfdaşıdır. Çinin region ölkələri ilə ticarətində ölkəmizin payı 50 faizə yaxındır. Yaxın illərdə bu faizin daha da artacağı gözlənilir. Çünki Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon dollar olan müxtəlif istiqamətlər üzrə sənədlər imzalanıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, iqtisadi ekspert Müslüm İbrahimov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda artıq həm nəqliyyat-logistika üzrə, həm də turizm və digər sahələr üzrə öz yerini müəyyənləşdirib:

"Şübhəsiz ki, Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində çox böyük rol oynayacaq. Azərbaycanda yeni iş yerlərinin açılması, ümumiyyətlə, sənaye istehsalında restrukturizasiya daha çevik formada həyata keçiriləcək. İkinci tərəfdən burada təbii ki, logistik və nəqliyyat məsələləri var. Azərbaycan bu sahədə investisiya qoyulması üzrə, eləcə də Çinin bir neçə şirkəti ilə əməkdaşlıq edə biləcək".

Ekspert xatırladıb ki, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev Pekində "China Poly Group" Korporasiyasının sədri Su Nianşa ilə görüşüb:

"Bu şirkət bu gün dünya reytinqində 500 şirkət arasında 457-ci yerdədir. 2014-cü ildə bu şirkətin illik gəliri 26 milyard dollar olub. Yəni həmin şirkətin Azərbaycana gəlməsi, investisiya qoyması, istehsal sahələrinin yaradılması o deməkdir ki, Azərbaycan artıq ənənəvi məhsullarla deyil, yeni məhsullarla dünya bazarında iştirak edə bilər”.

Samir Əli

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay