AFB Bank tələbələrə təcrübə proqramı elan edir.

Proqramın məqsədi bankda, xüsusən də müştəri xidmətləri sahəsində peşəkar kadrların yetişdirilməsi, bilikli, bacarıqlı və şəxsi qabiliyyətləri ilə seçilən təcrübəçilər arasından potensial işçilərin seçilməsi, işə qəbulu və inkişafını təmin etməkdir.

Proqramın faydaları:

  • İşləyərək öyrənmək imkanı
  • Real iş mühiti ilə tanışlıq
  • Gələcəkdə bankda karyera qurmaq imkanı
  • Təcrübə proqramında iştiraka dair sertifikat əldə etmək
  • Güclü komanda ilə işləmək

Proqrama kimlər qatıla bilər:

  • Universitetin sonuncu kurs tələbələri;
  • Magistratura pilləsi üzrə təhsil alanlar və UNEC məzunları (İqtisadiyyat, maliyyə, riyaziyyat, dəqiq və texniki elmlər üzrə);

Proqramda iştirak etmək istəyən şəxslər aşağıdakı baza bilik və bacarıqlara sahib olmalıdır:

  • MS Office proqramları ilə işləmək bacarığı;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus və ingilis dili arzu olunandır);
  • Ünsiyyətcil və özünü təqdimetmə bacarığına malik olmaq (xüsusilə, müştəri xidməti sahəsində təcrübə keçmək istəyənlər).

CV-in göndərilməsi üçün son tarix: 10 oktyabr 2021-ci il.

Maraqlanan CV-lərini UNEC-in Təcrübənin təşkili şöbəsinin elektron ünvanına göndərə bilərlər: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay