Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) sonuncu kurs bakalavr və magistratura tələbələri, həmçinin 2021-ci il məzunları üçün nəzərdə tutulmuş “Məzun Təhlilçi” təcrübə proqramını (“Graduate Analyst Internship Program”) elan edir.
İyun ayında təşkili nəzərdə tutulan təcrübə proqramı çərçivəsində təcrübəçilər, İnvestisiya, Risklərin idarəedilməsi, Neft kontraktları, Büdcə, proqnozlaşdırma və layihələr, Hesablaşmalar, İnformasiya təhlükəsizliyi, İnsan resursları və Hüquq departamentlərində real iş mühitində və əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahələrdə praktik biliklər qazanmaq imkanını əldə edəcəklər.
Təcrübə Proqramında iştirak etməklə əldə edəcəkləriniz:
- Fərdi intellekti ən az komanda işi qədər dəyərləndirən, ölkənin yeganə suveren fondunda təcrübə keçmək fürsəti;
- Əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahədə praktik vərdişlərin qazanılması;
- Maliyyə bazarları və investisiya idarəetməsi üzrə təhsilin artırılması, vəsaitlərin idarə edilməsi sahəsində yüksək səviyyəli bacarıqların, mürəkkəb tapşırıqların həll olunmasında analitik yanaşma və məsələlərin dərin təhlili qabiliyyətlərinin inkişaf etdirilməsi;
- Yeni bilik və bacarıqların əldə edilməsi üçün inkişaf imkanları, eləcə də yüksəliş imkanlarını yaradan çağırışlar.
Təcrübə proqramı iştirakçıları üçün ümumi tələblər:
- Universitet təhsilinin bakalavr pilləsi üzrə 2021-ci və 2022-ci il məzunları, magistr və ya MBA təhsil pilləsinin 2-ci kursunda təhsil alan tələbələr;
- Azərbaycan və ingilis dillərində səlis oxuma, yazma və danışma bacarığı (digər xarici dillərdən sərbəst istifadə vərdişləri əlavə üstünlük olaraq nəzərə alınır);
- MS Office proqramlarından sərbəst istifadə bacarığı. (digər proqramlardan sərbəst istifadə bacarığı əlavə üstünlük olaraq nəzərə alınır)
- Yüksək akademik göstəricilər əlavə üstünlükdür.
Təcrübə proqramı Fondun aşağıda adları qeyd olunan departamentləri üzrə təşkil olunur:
İnvestisiya departamenti
Təhsil: Biznesin idarəedilməsi (Maliyyə istiqaməti üzrə), maliyyə və ya iqtisadiyyat
Riskləri idarəedilməsi departamenti
Təhsil: Maliyyə, iqtisadiyyat, statistika və ya riyaziyyat
Neft kontraktları departamenti
Təhsil: Biznesin idarəedilməsi, menecment, maliyyə və ya iqtisadiyyat
Büdcə, proqozlaşdırma və layihələr
Təhsil: Iqtisadiyyat
Hesablaşmalar departamenti
Təhsil: Mühasibatlıq və maliyyə istiqaməti üzrə oxşar sahələr
Təhlükəsizlik departamenti, İnformasiya təhlükəsizliyi şöbəsi
Təhsil: İnformasiya təhlükəsizliyi, İT idarəedilməsi və ya mühəndisliyi və oxşar sahələr
Hüquq departamenti
Təhsil: Hüquq
İnsan resursları departamenti
Təhsil: İnsan resursları, biznes və ya inzibati idarəetmə və oxşar sahələr
Proqramın müddəti və təşkil olunma forması
Təcrübə proqramının davamiyyət müddəti 1 aydır.
Təcrübə proqramı ödənişsizdir.
Seçim mərhələləri
Seçim prosesi 2 mərhələdən ibarətdir.
Birinci mərhələdə namizədlər təcrübə proqramını keçmək istədikləri departamentin adını mövzu bölümündə qeyd etməklə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-poçt ünvanına CV göndərməlidirlər.
Son müraciət tarixi: 29 aprel 2022-ci il.
İkinci mərhələdə seçilmiş məzunlar qrup müsahibəsi sessiyasına dəvət olunacaqlar.
Qrup müsahibəsi sessiyası test tapşırığı/ biznes kazus, qrup işi və fərdi müsahibədən ibarət olacaqdır. Qrup müsahibəsinin təşkili ilə bağlı əlavə məlumat ikinci mərhələ üçün uyğun hesab edilmiş namizədlərə bildiriləcəkdir.