A

Yekun Dövlət Attestasiyasının dövlət imtahanı və ya buraxılış işi hazırlamaqla həyata keçirilməsi ilə əlaqədar 27 aprel, saat 17:00 da UNEC rəsmi Facebook səhifəsində (https://www.facebook.com/unecedu) canlı yayım olacaq.

Canlı yayım növbəti tədris ilində YDA-da iştirak edəcək III kurs tələbələrinin məlumatlandırılması və suallarının cavablandırılması məqsədilə təşkil olunacaq.

Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzinin direktor müavini dos. Sevda Sərdarova tələbələrə dövlət imtahanı və buraxılış işi haqqında məlumat verəcək, eləcə də onların suallarını cavablandıracaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay