“Rabitəbank” ASC “Customer Care” təcrübə proqramına start verir! 

Proqram iştirakçılara nə qazandıracaq:

  • Əməliyyat sahəsinə aid olan ARMB-nın və bankdaxili prosedur, qaydalarla tanışlıq;
  • Müştəri xidməti sahəsi ilə tanışlıq və işin öyrədilməsi;
  • Bank məhsulları və xidmət satışının həyata keçirilməsinin öyrədilməsi;
  • Bankın peşəkar əməkdaşları tərəfindən keçirilən təlimlərdə iştirak. 

Proqramda iştiraka dair tələblər:

  • Ali təhsil (iqtisadyönümlü olması arzuolunandır);
  • Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı;
  • MS office proqramları üzrə bacarıqlar;
  • Məntiqi və analitik düşünmə qabiliyyəti;
  • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • İşgüzar xarici görünüş və tez öyrənmə qabiliyyəti; 

Proqramda iştirak etmək istəyən namizədlər öz CV-lərini və şəxsiyyət vəsiqəsinin fin kodunu Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına “Customer Care İnternship” başlığı ilə göndərə bilərlər.

Əlaqələndirici struktur: UNEC Karyera Mərkəzi
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Tel: (012) 497 71 35 

Uğurlu karyera qurmağınız üçün sizi aramızda Rabitə qurmağa dəvət edirik!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay