Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4 SİM) təşkilatçılığı ilə “Enerji və Dördüncü Sənayə İnqilabi” Hakatonu keçiriləcəkdir.

Layihənin keçirilmə məqsədi Azərbaycanda, xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında “yaşıl” və rəqəmsal enerji texnologiyaların tətbiqi, bərpa olunan enerji resurslarından istifadənin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi üçün innovativ ideyalara dəstək verməkdir. Hakaton aşağıda qeyd olunan 3 kateqoriya üzrə keçiriləcəkdir:

1. Enerji və əşyaların interneti

2. Enerji və süni intellekt

3. Enerji və rəqəmsal iqtisadiyyat

Qeyd etmək istərdik ki, hakatonda iştirakla bağlı müraciət edənlər üçün 18-40 yaş həddi müəyyən edilmişdir. İştirakçılar yalnız komanda şəklində çıxış edə bilər, hər komanda kapitan daxil olmaqla 5 nəfər üzvdən ibarət olmalı, bir komandada eyni müəssisədən maksimum 2 nəfər olmalı və komanda kapitanı komandanın üzvləri tərəfindən seçilməlidir. İştirakçılar 56 saat ərzində tədbir keçirilən məkanda qalacaqlar.

Hakaton keçirildiyi müddətdə iştirakçıların etibarlı olan COVİD-19-a qarşı peyvənd olunmasını təsdiqləyən peyvənd sertifikatı və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVİD-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı mövcud olmalıdır.

Əlavə olaraq bildirmək istərdik ki, 1-ci yer üçün 5000 manat, 2-ci yer üçün 3000 manat, 3-cü yer üçün 2000 manat məbləğində və iki komandaya 500 manat (həvəsləndirici) mükafat təqdim ediləcəkdir. İştirakçıların qalma və qidalanma xərcləri təşkilatçıların hesabınadır. Eyni zamanda, regionlardan gələcək olan iştirakçıların nəqliyyat xərcləri rəsmi formada xərcləri göstərəcək sənədə uyğun olaraq təşkilatçılar tərəfindən ödəniləcəkdir. Yarışmada iştirak etmək üçün aşağıda qeyd olunan link vasitəsilə müraciət edilə bilər:

 https://docs.google.com/.../1FAIpQLSeH6E_x... bUngvhAiHEQvB4ZHg/viewform?usp=sf

Müraciətlər 20 Avqust 2022-ci il tarixinədək qəbul olunacaq. Keçiriləcək hakatonla bağlı əlavə məlumatın əldə edilməsi üçün əlaqələndirici şəxsə müraciət oluna bilər.

Əlaqələndirici şəxsi: Emil Aslanlı və ya Mənzər Mustafayeva 050-843-30-71, 

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay