UDİD və Minor proqramlarına qeydiyyat davam edir. Sənəd qəbulu 30 avqustadək uzadılıb.
UDİD proqramına qoşulmaq üçün müraciət şərtləri aşağıdakı kimidir:
•I kursu bitirən tələbələr
• ÜOMG göstəricisi - 71-100 bal
İxtisaslar: Maliyyə, Mühasibat, Beynəlxalq ticarət və logistika, Biznesin idarə edilməsi, Menecment, Marketinq, İqtisadiyyat, Statistika.
Minor proqramına qoşulmaq üçün müraciət şərtləri:
•ÜOMG – minimum 65 bal;
•I və II kursu bitirən tələbələr
Minor proqramına UNEC-in bakalavr səviyyəsi üzrə bütün ixtisasları (23 ixtisas) üzrə qoşulmaq mümkündür.
Tədris dili: azərbaycan, rus, ingilis, türk
Tələb olunan sənədlər:
1.Rektorun adına ərizə;
2.Akademik transkript;
3.Digər sənədlər (xarici dil sertifikatları olarsa).
Tələbələr aşağıda qeyd olunan linklərə daxil olaraq müvafiq proqram üzrə qeydiyyatdan keçə bilərlər.
UDİD proqramı: https://forms.gle/BCSmw2i669MK56ZS9
Minor proqramı: https://forms.gle/kMhSywqQ9MvzTtSh9
Ətraflı məlumat almaq üçün +994558866310 telefon nömrəsinin Whatsapp-ına müraciət edə bilərlər.