A

UNEC Ömürboyu Təhsil Mərkəzində  “Məhsul sahibi” (Product Ownership) kursuna qeydiyyat başlayıb.

Kurs aşağıdakı mövzuları əhatə edir:

  • Məhsul sahibliyi və məhsulun idarə olunması: Ümumi baxış
  • Məhsul sahibliyində “agile” yanaşmanın rolu
  • “Scrum” əsasları
  • Məhsul sahibi və əsas məsuliyyətləri
  • Əsas məhsul metrikləri
  • “Agile” məhsul sahibliyi üçün lazım olan yumşaq bacarıqlar və davranış tərzləri.

“Product Ownership” kursu sayəsində siz bu sahə ilə əlaqəli mövcud proqram, sistem və alətləri istifadə edə bilmək bacarığı əldə edəcəksiniz. 2 aylıq kursun tədris proqramı 32 saatı əhatə edəcək. Kursu uğurla  bitirənlər UNEC-in sertifikatı əldə edəcəklər.

Dərslər peşəkar mütəxəssis Fəhruz Cəbrayılov tərəfindən tədris edilir. 

"Product Ownership" kursu bu sahədə karyera qurmaq və müvafiq sahədə peşəkar olmaq istəyən şəxslər üçün mükəmməl fürsətdir!

UNEC əməkdaşları və tələbələrinə endirimlər mövcuddur.

Ətraflı məlumat:
Tel: +99412 4414539
Mobil/whatsapp: +99470 515 16 18
e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
web: lifelong.unec.edu.az

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay