A

Procter & Gamble Azərbaycan şirkətində Marketinq, Satış və Təchizat zənciri şöbələri üçün təcrübə proqramı elan edilir.

Ərizələrin qəbulu üçün son tarix: 15 dekabr

 Tələblər:

  • 3-cü kurs bakalavr və ya 1-ci kurs magistr tələbəsi olmalı;
  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • İngilis dili fluent və ya upper-intermediate səviyyəsində olmalı.

Təcrübə bitdikdən sonra 1 iyul 2023-cü ildə “full-time” intern kimi işə başlayacaqsınız.

Təcrübə proqramı 3 ay davam edir və müvəffəqiyyətli nəticələri olan internlərə “part-time” intern kimi işləməyə imkan yaradılır.

Universitet qiymətləri və fakültə seçim prosesinə təsir etmir. Vakansiya yarandıqda işə heç bir prosesi keçmədən ilk dəvət olunan məhz müvəffəqiyyətli internlər olur.

Təcrübə proqramı zamanı P&G sizi rəqabətli maaşla təmin edəcək, ən əsası isə sizə vacib layihələrin idarəedilməsi həvalə olunacaq.

Procter & Gamble haqqında: 

  • Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərir.
  • Şirkətin Azərbaycandakı ofisi Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya Respublikalarının baş ofisidir.
  • Azərbaycanda ən böyük reklam yatırımı edən şirkətlərdən biridir.
  • Azərbaycanda hal-hazırda 18 brendi var və hər il portfoliosu böyüyür.
  • P&G şirkətinin Azərbaycandakı brendləri: Ariel, Tide, Lenor, Fairy, Pampers, Always, Discreet, Tampax, Head & Shoulders, Pantene, Herbal Essences, Safeguard, Old Spice, Gillette, Venus, Blendamed, Oral-B, Braun.
  • P&G dünyada ən yaxşı marketinq məktəbi və digər şirkətlərə ən çox məzun - CEO "hədiyyə etmiş" şirkət sayılır.

MARKETİNG

SALES

SUPPLY CHAİN

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay