Türkiyənin BİLGESAM (Aqil İnsanlar Strateji Araşdırmalar Mərkəzi) tərəfindən “Xarici Siyasət və Təhlükəsizlik” üzrə onlayn şəkildə 07-09 sentyabr 2021 tarixlərində yay məktəbi keçiriləcəkdir.

Proqramın şərtləri:

  • Bakalavr, magistr, Ph.D. tələbəsi olmaq
  • Təhlükəsizlik ilə maraqlanan peşəkarlar bölgədəki iqtisadiyyat və enerji siyasəti mövzuları üzrə təqdiqatçı olmaq
  • Seçim üçün əsas meyar xarici siyasət məsələləri üzrə mütəxəssis olmaqdır.

3 günlük proqram çərçivəsində iştirakçılara Türk xarici siyasəti, eləcə də Türkiyənin qlobal və regional güclərlə ikitərəfli əlaqələri üzrə geniş məlumatlar veriləcək.

Yay məktəbini müvəffəqiyyətlə başa vurduqdan sonra iştirakçılar bitirmə sertifikatı alacaqlar. Yay məktəbinin rəsmi dili ingilis dilidir.

Sənədlər :

CV
Foto- 1 ədəd
Xarici Siyasət və Yay Məktəbinə elektron poçtla qeydiyyatdan keçilməlidir.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Xarici Siyasət və Təhlükəsizlik Yay Məktəbində ediləcəklər:

- çağdaş Türkiyə Xarici və Təhlükəsizlik Siyasəti ilə əlaqədar dərin bir anlayış əldə etmək;

- Orta Şərq, Qara dəniz və Cənubi Qafqaz bölgələrindəki əsas tendensiyalarla tanış olmaq;

- Türkiyənin regional və qlobal qarşıdurmalar və böhranla bağlı siyasət və strategiyaları ilə tanış olmaq;

- bölgədəki mövcud enerji layihələri və onların qlobal təsiri barədə məlumatlandırılmaq.

Yay məktəbindəki kurslar həm Türkiyədən, həm də peşəkar mütəxəssislər tərəfindən tədris ediləcəkdir

Yay məktəbi üçün iştirak haqqı:

ABŞ, Kanada və Avropa Birliyi ölkələri üçün- 50 Avro / 50 USD

Azərbaycan- 40 AZN

Türkiyə-150 Türk Lirası (TL)

Digər ölkələr -50 USD

Ödəniş bütün yay məktəbi materiallarını əhatə edir. Müraciət edənlər sənədləri ingilis dilində göndərməlidirlər.

Qeydiyyat üçün son tarix: 05 sentyabr 2021

Əlavə məlumat üçün Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanına müraciət edə bilərsiz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay