Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) “Dayanıqlı inkişaf məqsədləri (DİM) üzrə Qlobal Lider YMİ 2022-2023" mövzusunda təlim proqramını (uzunmüddətli) Azərbaycan üçün təşkil etməyi planlaşdırır. 

DİM üzrə Qlobal Lider təşkilatı JICA-nın İnkişaf Araşdırmaları Proqramı (JICA-DSP) çərçivəsində dünyada davamlı inkişaf üçün əməkdaşlığın təşviqi məqsədilə 2019-cu ildə qurulub. Təlim proqramı  gənclərin, orta liderlərin, akademiklərin  Yaponya universitetlərində daha yüksək dərəcə (magistr, doktorantura və s.) alması üçün müxtəlif sahələrdə təhsil almasına, siyasətqurma proseslərinə təsir göstərilməsinə və ya ölkənin yaxın gələcəkdə sosial-iqtisadi inkişafına töhfə verilməsinə  fürsət yaradır. 

Proqramda magistr dərəcəsi üçün 2 il və doktorluq dərəcəsi üçün 3 il təklif edilir (universitetlərin təklif etdiyi hər proqramdan asılıdır).  

Əlavə məlumat üçün JICA-nın Azərbaycan üzrə proqram koordinatoru Nigar İsmaylova ilə email (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.) və ya telefon vasitəsi ilə (050 335 75 05) ilə əlaqə saxlaya bilərsiniz.  

Son müraciət tarixi: 1 dekabr 2021-ci il

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay