A

29 noyabr 2021-ci il tarixində UNEC-də Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri, dosent Altay İsmayılovun moderatorluğu ilə "İqtisadi inkişafa innovativ yanaşma zərurəti: Müqayisəli təhlil və tətbiqlər" mövzusunda onlayn panel müzakirəsi keçiriləcək.

Tədbirdə Adolfo Ibañez Universiteti (Çili) Bərpa olunan Enerji üzrə MBA proqramının direktoru Assoc.Prof.Şəhriyar Nəsirov və Seqed Universitetinin (Macarıstan) Maliyyə və Beynəlxalq İqtisadi Münasibətlər İnstitutunun doktorantı İbrahim Niftiyev məruzə ilə çıxış edəcəklər.

UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq tədbirə ZOOM platforması üzərindən https://zoom.us/j/96985359048 linki vasitəsilə qoşula bilərsiniz.

Panel müzakirəsi UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

Tədbiri izləmək üçün aşağıdakı linkə keçid edəbilərsiniz.

https://www.facebook.com/UNEC-T%C9%99dqiqat-M%C9%99rk%C9%99zl%C9%99ri-101090375171032/

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay