A

Google Scholar bütün formatlar və tədqiqat istiqamətləri üzrə elmi nəşrlərin tam mətnini indeksləşdirən, sərbəst istifadə edilə bilən axtarış sistemidir.

Bundan irəli gələrək 2019-cu ildən etibarən UNEC-in Google Scholar profili yaradılmışdır. Bu profilə universitet əməkdaşlarının elmi əsərləri əlavə olunur və  LİNKƏ daxil olaraq h-index göstəricisi yüksək olan UNEC tədqiqatçılarını səhifənin sağ tərəfində görə bilərsiniz.   

Bununla yanaşı, universitet əməkdaşlarının elmi əsərlərinin profilə əlavə olunması universitetin Google Scholar sistemindəki metrik göstəricilərini formalaşdırır. Hal-hazırda Google Scholar profilləri UNEC-lə əlaqələndirilən əməkdaşların 2490-dan çox elmi əsəri universitetin profilinə yüklənmişdir. 2016-cıi ldən etibarən ümumi istinadların sayı 3915, h-index isə 22 təşkil edir.    

Qeyd etməliyik ki, UNEC Google Scholar səhifəsi EFTİE departamentinin Elmmetrika şöbəsi tərəfindən yaradılıb və idarə olunmaqdadır. Əlavə məlumat almaq üçün Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına müraciət edə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay