Azərbaycan Dövlət İqtisad Universiteti Təhsilin İdarəedilməsi Sistemində Yeni Elektron Həllərin Yaradılması İşlərinin satınalınması ilə əlaqədar
AÇIQ TENDER ELAN EDİR
Tender 1 (bir) lot üzrə keçirilir:
Lot-1. Təhsilin İdarəedilməsi Sistemində Yeni Elektron Həllərin Yaradılması İşlərinin satınalınması.
Tenderdə iştirak etmək üçün iddiaçılar 500 manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasından ala bilərlər.
Əlaqələndirici şəxs: Aqil Əhmədov
Əlaqə telefonu: (012) 492-59-23
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
VÖEN 1700091281 |
Bankın adı: “Kapital Bank” ASC-nin Səbail filialı |
VÖEN 9900003611 |
M/H AZ37NABZ01350100000000001944 |
H/H: AZ96AIIB33010019443507362105 |
Kodu: 200059 |
SWIFT: AIIBAZ2X |
İştitrakçı haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair təmin edilməmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- Iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının təsdiqi;
- Iddiaçının son bir ildəki maliyyə vəziyyətini əks etdirən bank arayışı;
- Iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Iddiaçının nümayəndəsinin tender təklifinin təqdim edilməsi və imzalanması üçün səlahiyyətli olması barədə notarial qaydada təsdiq edilmiş sənədi;
Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 ədəd əsli və 1 ədəd surəti) tərtib olunmalıdır (xarici dildə olan məlumatlar Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23 noyabr 2018-cı il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 30 noyabr 2018-cı il saat 18-00-a qədər Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6 (37-ci otaq) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 3 dekabr 2018-cı il tarixdə saat 15-00-da Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6 ünvanında Azərbaycan Dövlət İqtisad Universitetinin əsas tədris binasında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştitrak edə bilərlər.
TENDER KOMİSSİYASI