2021/2022-ci tədris ili üzrə UNEC ilə Moskva Dövlət Humanitar İqtisad Universitetinin (MDHİU) ikili diplom proqramına qəbul başlayıb. Proqramda UNEC-in I kursunu bitirən tələbələr iştirak edə bilər.

Proqrama əsasən, tələbələr I və II kursda UNEC-də təhsil alır, III kursda MDHİU-da təhsillərini davam etdirirlər. IV kursda isə UNEC-də təhsillərini başa vururlar. Akademik öhdəliklərini yerinə yetirən tələbələrə “Mühasibat uçotu” ixtisası üzrə Rusiyanın təhsil və kvalifikasiya sənədi - bakalavr diplomu və öz ixtisası üzrə UNEC diplomu veriləcək.

Qəbul şərtləri:

- UNEC-in birinci kursunu başa vurmalı;

- Minimum orta bal (ÜÖMG) - 71 bal;

- Rus dilini sərbəst bilməlidir.

Sənədlər bir fayl şəklində (PDF formatında) aşağıdakı ardıcılıqla Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanına təqdim olunmalıdır:

  1. Akademik transcript
  2. CV (rus və ya azərbaycan dilində)
  3. Pasport (olmadığı halda şəxsiyyət vəsiqəsi)

Rusiyada təhsil müddəti - 1 il

Tədris dili - rus dili

Təhsil haqqı – 220 000 rubl

Qeydiyyat haqqı - yoxdur

Son müraciət tarixi: 28 Sentyabr

Maraqlananlar suallar üçün zoom linki vasitəsilə təşkil olunacaq online kosultasiyada iştirak edə bilərlər.

Tarix: 24 sentyabr 2021-ci il saat 17.00-da

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay