Avropa İttifaqının Təhsil və Mədəniyyət agentliyinin Erasmus+ proqramının KA2 (Capacity building in higher education) fəaliyyət növü üzrə çağırışı açıq elan olunub.
Fəaliyyət növündə ali təhsil sahəsində çoxtərəfli tərəfdaşlığa əsaslanan potensialın gücləndirilməsi layihələri dəstəklənir.
Proqrama son müraciət tarixi: 17 fevral 2022-ci il.
Beynəlxalq əməkdaşlıq departamentinin (BƏD) Layihələrin idarəolunması şöbəsi tərəfindən həftəlik olaraq proqramla bağlı seminarlar və məlumat sessiyaları təşkil olunacaq.
Əlavə məlumat və suallarla bağlı BƏD Layihələrin idarəolunması şöbə ilə əlaqə saxlaya bilərsiniz.
Əlaqə nömrəsi: +994 12 492 61 35