Polşanın WSB Universitetinin Non-Erasmus mübadilə proqramına qəbul elan olunur.

Mübadilə proqramı çərçivəsində UNEC tələbələri 2022-2023-cü tədris ilinin payız semestrində xaricdə təhsillərini davam edə bilərlər. Mübadilə proqramının şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar.

Əsas şərtlər:

  1. Tələbələrin orta balı (ÜÖMG) – 80-dan yuxarı olmalı;
  2. Gedəcək ölkənin tədris olunacaq xarici dilini sərbəst bilməli.  
  3. UNEC-in 1-ci, 2-ci və ya 3-cü kurs tələbəsi olmalı.

Son müraciət tarixi: 5 may, 2022.

Tələb olunan sənədlər:

  1. ƏRİZƏ
  2. Transkript
  3. CV (ingilis dilində)
  4. Pasport (olmadığı halda şəxsiyyət vəsiqəsi).

Sənədlər yuxarıda göstərilən ardıcıllıqlar bir fayl olaraq (pdf formatında) Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanına göndərilməlidir.

Emailin mövzusunda universitetin adını qeyd edin.

QEYD:

  • Onlayn müsahibəyə ancaq müəyyən sayda (shortlisted candidates) tələbələr dəvət olunacaq.
  • Eyni kriteriyalara cavab verən tələbələr arasında üstünlük yuxarı kurs tələbələrinə veriləcək.
  • Ölkənin viza qaydalarına əsasən tələbələrdən depozit tələb oluna bilər.
  • ÜST tərəfindən elan olunmuş pandemiya ilə əlaqədar xarici ölkədə mövcud vəziyyətlə bağlı mübadilə proqramlarının şərtləri dəyişdirilə bilər.

Proqramla bağlı konsultasiyalar 2-ci günlər saat 15:00-da, 4-cü günləri saat 11:00-da zoom platforması üzərindən aparılacaq: https://zoom.us/j/93093167066.

ƏTRAFLI

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay