UNEC-in müəllim və tələbələri (doktorant, magistr və bakalavr) Türkiyənin Isparta şəhərində yerləşən Süleyman Demirel Universitetində Erasmus+ beynəlxalq mübadilə proqramı çərçivəsində iştirak edə bilərlər.

Müəllimlər üçün mübadilə müddət növbəti akademik tədris ili ərzində 1 həftə nəzərdə tutulub.

Tələbələr üçün isə müddət növbəti akademik tədris ilinin payız və ya yaz semestri üçün olacaq.

Erasmus+ beynəlxalq mübadilə proqramına müraciət etmək istəyənlər aşağıda qeyd olunan veb-keçid vasitəsilə məlumatları və müvafiq sənədləri daxil edərək qeydiyyatdan keçə bilərlər:

Müəllimlər üçün

Tələbələr üçün

Qeydiyyatdan keçənlərin öz CV nümunələrini aşağıda qeyd olunan elektron ünvana yollamağı tələb olunur: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. 

Müraciət üçün son tarix: 14 iyun 2021-ci il.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay