Non-Erasmus (ikili əməkdaşlıq çərçivəsində) Almaniyanın Siegen Universitetndə mübadilə proqramına sənəd qəbulu elan olunur.

Mübadilə proqramı çərçivəsində UNEC tələbələri 2022-2023-ci tədris ilinin yaz semestrində xaricdə təhsillərini davam edə bilərlər. Mübadilə proqramının şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar.  Universitetlər üzrə ayrılmış yerlərin say məhdudiyyətini nəzərə alaraq, müraciət çox olunan zaman müsabiqə keçiriləcək.

Əsas şərtlər:

  • Tələbələrin orta balı (ÜÖMG) – 80-dən yuxarı olmalı;
  • Gedəcək ölkənin tədris olunacaq xarici dilini sərbəst bilməli. (İngilis dilində və istəyə bağlı olaraq alman dilində təhsil ala bilərlər)
  • UNEC-in 2-ci və ya 3-cü kurs tələbəsi olmalı.

Non-Erasmus  mübadilə proqramı çərçivəsində UNEC-in tələbələri aşağıdakı universitetlərə getmək üçün müraciət edə bilərlər:

  • Almaniyanın Siegen Universiteti – 5 yer (bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələr)

Tələb olunan sənədlər:

  • Ərizə
  • Transkrip
  • CV (azərbaycan və ingilis dilində)
  • Pasport və ya şəxsiyyət vəsiqəsi

Son müraciət tarixi: 25 sentyabr, 2022-ci il.

Sənədlər yuxarıda göstərilən ardıcıllıqlar bir fayl olaraq (pdf formatında) Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email adresinə göndərilməlidir.

QEYD:

  • Onlayn müsahibəyə ancaq müəyyən sayda (shortlisted candidates) tələbələr dəvət olunacaq.
  • Eyni kriteriyalara cavab verən tələbələr arasında üstünlük yuxarı kurs tələbələrinə veriləcək.
  • Ölkənin viza qaydalarına əsasən, tələbələrdən depozit tələb oluna bilər.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay