Azərbaycan Dövlət İqtisad Universiteti və Təhsil Nazirliyi tərəfindən birgə həyata keçirilən  “SABAH Magistratura” proqramında “Elektron Kommersiya” ixtisaslaşması üzrə 2021/2022-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan edilib.

Müsabiqədə magistr dərəcəsi, elektron kommersiya və əlaqədar ticarət istiqamətlərində bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

Namizədlər ixtisasına uyğun olmaqla vakant yerlər üzrə yalnız bir fənnə müraciət edə bilərlər.

  • Tədqiqat metodları
  • Marketinq menecmenti
  • Beynəlxalq ticarət
  • E – Sahibkarlıq və E – Biznes*
  • Brend Menecmenti*
  • Rəqəmsal Marketinq və Sosial Media Marketinqi *

QEYD: * Seçməli Fənn

Namizədlərə dair tələblər:

  • Müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura);
  • Sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis ünsiyyət bacarıqları;
  • İKT resurslarından sərbəst istifadə bacarıqları;
  • İnnovativ tədris metodlarından istifadə,
  • Ünsiyyət və təqdimat bacarıqları.

Müsabiqədə iştirak etmək istəyən namizədlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix: 15 Avqust  2021-ci il, saat 23:59.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay