Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universiteti tərəfindən (AMU)  Təhsil sahəsində idarəetmə kadrların yetişdirilməsi məqsədilə “Təhsildə kadr ehtiyatı” mövzusunda təlim proqramları təşkil ediləcək.

Proqramın məzunlarına AMU-nun yenidənhazırlanma və ixtisasartırma diplomu, başa çatmış modul kurslarının diploma əlavəsi və sertifikatlar təqdim olunacaq.

Təhsil haqqı hər iştirakçı üçün 1.650.000 tenge/ 3.885 USD (7 modul).

Təlim proqramının iştirakçısı olmayanlar üçün əlavə seçim verilir: “Universitet strateqiyasına dəyişikliklər etməklə universitetin çevrilməsi üçün idarəetmə oyunu”. 

1 iştirakçı üçün ödəniş məbləği: 250.000 tenge/587 USD.

İştirakçılar təhsil haqqını tam ödədikdən sonra proqrama qəbul oluncaqlar.

Proqramın müddəti 2021-ci ilin noyabrından 2022-ci ilin mayınadək nəzərdə tutulub.

İştirakçıların yaşayış, yemək və səyahət xərcləri özləri tərəfindən ödəniləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay