A

“Həftənin kitabı” bu həftə oxuculara “İstehsal və istehlak tullantılarının emalı” kitabını təqdim edir.

Kitabın müəllifləri B.B.Boroviç və V.V.Devyatkindir.

Kitabda profil üzrə çalışan və maraqlanan oxucular bərk tullantıların təkrar emalı sahəsində ölkədə və xaricdə aparılan müasir təcrübələrin ümumiləşdirilməsi, tullantıların ətraf mühitin vəziyyətinə və həyatın keyfiyyətinə təsirinin araşdırılması, onları idarə etmək üçün müasir təsnifat və normativ-hüquqi təlimatlar, eləcə də təkrar emal prosesində istifadə olunan qurğu və avadanlıqların quruluşu və işləmə prinsipləri haqqında ətratlı məlumat əldə edəcəklər.     

Kitab Azərbaycan Dövlət İqtisad Universitetinin “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının müdiri prof.V.Z.Mehdiyeva və dos.F.M.Novruzova tərəfindən tərcümə edilərək, çapa hazırlanıb.

440 səhifəlik “İstehsal və istehlak tullantılarının emalı” kitabı “Ecoprint” nəşriyyatında 2018-ci ildə nəşr edilib.

“İstehsal və istehlak tullantılarının emalı” kitabı ilə UNEC Library 24/7-yə gəlib tanış ola bilər, eləcə də UNEC-in bütün filial kitabxanalarından əldə edə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay