A

“Həftənin kitabı” bu həftə oxuculara “Çevre ve doğal kaynaklar ekonomisi” (“Ətraf mühit və təbii ehtiyatlar”) kitabını təqdim edir.

Kitabın müəllifi Prof.Dr. Nilgün Serimdir. Kitabda təbii elmlərə əsaslanan atmosfer çirklənməsi və iqlim dəyişikliyinə baxış, bazar iqtisadiyyatı sistemi və təbii sərvətlərin idarəetmə səmərəliliyi, həmçinin təbii sərvətlər idarəetməsində səmərəsizlik, ətraf mühit problemləri və ətraf mühitin qorunmasına təsir edən amillər, ətraf mühitin çirklənməsinin nəticələrinin iqtisadi həllinin axtarışı kontekstində ətraf mühitin çirklənməsi və iqlim dəyişikliyinin tənzimlənməsi vasitələri, makroiqtisadi yanaşma ilə ətraf mühit və təbii ehtiyatların idarə olunması və digər məsələlər araşdırılıb və geniş təhlil edilib.

168 səhifəlik “Çevre ve doğal kaynaklar ekonomisi” kitabı türk dilindədir. İstanbulda “Ekim” Nəşriyyatında 2017-ci ildə çapdan çıxıb.  

“Çevre ve doğal kaynaklar ekonomisi” kitabını UNEC-in 24/7 Kitabxanasından əldə etmək mümkündür.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay