A

“Həftənin kitabı” layihəsi “Мировая экономика и международные экономические отношения” (“Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər”) kitabını təqdim edir.

Kitab iqtisad elmləri doktoru, professor A.S.Bulatovanın redaktəsi ilə çoxsaylı müəllif kollektivi sayəsində ərsəyə gəlib.  

Dərslikdə dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlərin əsasları, dünya iqtisadiyyatının dinamikası, tendensiyalar və problemlər, dünya iqtisadiyyatının mühüm subyektləri, resurslar, inkişaf etmiş, eləcə də az inkişaf etmiş ölkələr və regionların iqtisadiyyatı, beynəlxalq ticarət - beynəlxalq iqtisadi münasibətlərin aparıcı forması kimi, həmçinin ödəniş balansı, xarici borc və beynəlxalq ehtiyatlar və s. mövzuları geniş araşdırılıb, təhlil edilib.

Rus dilin də olan dərslik Moskvanın “КНОРУС” nəşriyyatında 2017-ci ildə çapdan çıxıb.  

“Мировая экономика и международные экономические отношения” (“Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər”) kitabı ilə UNEC-in 24/7 kitabxanasında yaxından tanış ola bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay