A

“Həftənin kitabı” layihəsi bu dəfə oxuculara tanınmış iqtisadçı-alim Frederik S.Mişkinin “Pul, bank və maliyyə bazarlarının iqtisadiyyatı kitabını təqdim edir. 

Müəllif dünyada maliyyə sahəsində ən populyar nəşr hesab olunan bu kitabda maliyyə bazarının quruluşu, valyuta bazarları, maliyyə institutlarının idarə edilməsi, maliyyə bazarlarına pul-kredit siyasətinin təsiri, pul nəzəriyyəsindəki son inkişafa tam müasir yanaşma, beynəlxalq ticarətin inkişafı, müəssisələrin gəliri və vətəndaşların rifahı və digər mövzulara  xüsusi diqqət ayırıb. Həmçinin kitabda praktik məsələlərə də geniş yer verilib, qarşıya qoyulan problemlərin təhlilində internet resurslarında aktiv istifadənin əhəmiyyəti vurğulanıb.

617 səhifəlik “Pul, bank və maliyyə bazarlarının iqtisadiyyatıdərs vəsaiti 2021-ci ildə çapdan çıxıb. Oxucular əsəri UNEC-in 24/7 kitabxanasından, eləcə də bütün tədris binalarında olan UNEC kitabxanalarından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay