A

UNEC-in Dissertasiya Şurasının onlayn iclası keçirilib.

İclasda UNEC-in rektoru, Dissertasiya Şurasının sədri professor Ədalət Muradov, şuranın üzvləri və müvafiq strukturların rəhbərləri gündəlikdə olan cari məsələləri müzakirə ediblər. Dissertasiya Şurasına fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri almaq üçün müraciət edən iddiaçıların dissertasiya işlərinin qəbul edilməsi və elmi seminara göndərilməsi ilə bağlı müsbət fikirlər səsləndirilib. Həmçinin, elmlər doktoru elmi dərəcəsinin alınması məqsədilə işçi kommissiyasının yaradılması barədə müzakirələr aparılıb.

Professor Ədalət Muradov şurada səsləndirilən məsələlərin operativ həlli istiqamətində müvafiq tapşırıqlar verib.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay