A

azedu.az

“Coursera, Udemy, EDX kimi  kütləvi açıq  onlayn kurslar  var. Bu kurslar inkişaf etmiş  ölkələrin aparıcı universitetlərinə aiddir və onların milli ali təhsil  sisteminə ciddi təzyiqləri artmaqdadır”.

AzEdu.az xəbər verir ki, bunu UNEC rektoru Ədalət Muradov Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən “Post COVİD müddətində Ali təhsil və  Tədqiqat” mövzusunda seminarda qeyd edib.

Rektor, onlayn kurslar və distant təhsil diplomlarının tanınması məsələsinə diqqət çəkib:

“Etiraf etməliyik ki, bu kurslar rəqabət qabiliyyətlidir və asinxron olduğu üçün ucuzdur. Nə etməli? Bu kursları ləğv etməli, yoxsa tanımamalımı? Heç biri doğru deyil. Doğru  olan həmin kursların ən qısa zamanda milli ali təhsil sisteminə inteqrasiyası və eləcə də distant təhsil məzunlarının diplomlarının tanınması məsələsinə aydınlığın gətirilməsidir. Bu  zaman nəzərə alınması vacib olan məsələlərdən biri də ondan ibarətdir ki, təhsil təkcə vətəndaşı, fərdi deyil, həm də milləti formalaşdırır. Eləcə də kurslarla bağlı qəbul edilmiş  qərarlar gənclərin xaricdə distant təhsil almaq istəklərinə mane olmamalıdır”.

O, bu məsələnin çox ciddi olduğunu və təhsilverənlər, təhsilalanlar, yerli ali təhsil müəssisələri, xarici universitetlər arasında balans problemi oldunu qeyd edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay