Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əsas və 3 saylı tədris binasında yenidən kitab satış-yarmarkası keçirilib.
Qeyd edək ki, yarmarka 2 gün: 24 və 25 may tarixlərində (09:00-21:00) davam edib.
Yarmarkada Qanun nəşriyyatı, Əli və Nino mağazalar şəbəkəsinin təqdim etdiyi iqtisadiyyatın müxtəlif sahələrinə aid, eləcə də Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət bədii ədəbiyyat nümunələri, şəxsi inkişaf, tarix, fəlsəfə, psixologiya və digər sahələr üzrə Azərbaycan, türk, ingilis və rus dilində kitablar satışa çıxarılıb.
Qanun nəşriyyatının nümayəndəsi bildirib ki, kitab satış-yarmarkası keçirilən 2 gün ərzində UNEC tələbələri xüsusi fəallığı ilə fərqlənib.
Qeyd edək ki, UNEC tələbələri üçün özəl olaraq hər kitaba 30% endirim də edilib.