A

UNEC-in Zaqatala filialının tələbələri Gəncə şəhərinin turizm imkanları ilə tanış olublar.

Filialda turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələr Gəncə şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, şəhərin digər memarlıq abidələri ilə də tanış olublar. Gəncədəki “Ramada Plaza” otelində turistlər üçün yaradılan şəraiti izləyən tələbələrə, turizm sektorunda xidmətin qurulması, yüksəldilməsi və yarana biləcək problemlərin həlli ilə bağlı məlumat verilib.

Filialın müəllim və tələbələri Göygöl Milli Parkı, Hacıkənd və digər turizm məkanlarına da səfər ediblər. Səfər zamanı tələbələri İqtisadiyyat fakültəsinin dekanı, dosent Həqiqət Qədimova, müəllimələr Pərvana İsmayılova və Rəna Əliyeva müşaiyət edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay