A

UNEC-in Zaqatala filialının tələbəsi təhsilini Bakıda davam etdirir.

Zaqatala filialının maliyyə ixtisası üzrə 3-cü kurs tələbəsi Səfiyyə Orucova yay imtahan sessiyasında ən yüksək (95,5) nəticəni əldə edərək təhsilini eyni ixtisas üzrə UNEC-də davam etdirir. S.Orucova təhsilini Bakıda davam etdirməklə yanaşı, UNEC-in ikinci əlaçı təqaüdünü də qazanıb.

UNEC-in rektorunun tələbələrə yaratdığı bu imkanı yüksək dəyərləndirən Səfiyyə, qış imtahanlarını da uğurla başa vurmağı qarşısına məqsəd qoyub. Bakıda təhsil almağın üstünlüklərindən danışan S.Orucova, ikinci əlaçı təqaüdünün tələbələr üçün böyük motivasiya olduğunu xüsusi vurğulayıb. Stimullaşdırıcı qərarların tələbələrin daha yaxşı oxumaları və onlar arasında bilik uğrunda sağlam rəqabət mühitinin formalaşmasında mühüm rol oynadığını bildirib. O, Zaqatala filialında tələbələrin dərs və imtahanlara daha da məsuliyyətlə yanaşdığını qeyd edib.

Qeyd edək ki, UNEC-in rektoru Zaqatala filialında təhsil alan tələbələrin stimullaşdırılması məqsədilə imtahan sessiyasında ən yüksək nəticə göstərən tələbələrə ikinci əlaçı təqaüdünün verilməsi və bir tələbənin bir semestrlik Bakıda təhsilini davam etdirməsi barədə qərar qəbul edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay