A

15 dekabr tarixində UNEC və Bakı Mühəndislik Universitetinin Tələbə Elmi Cəmiyyətlərinin birgə əməkdaşlığı ilə “Who is this?” adlı intellektual oyun keçirildi.

İki universitet arasında əməkdaşlığın ilk nəticəsi olan intellektual oyuna Tələbə Elmi Cəmiyyətinin UNEC “Iquiz” klubu təşkilatçılıq edirdi. İlk olaraq BMU TEC sədri Mahtəb Abasova tələbələrə uğurlar arzuladı və bu kimi tədbirlərin daha sıx keçirilməsinin vacib olduğunu vurğuladı. Daha sonra UNEC TEC sədri Nərmin Heydərova sözügedən oyunun əməkdaşlığın təməli olacağını bildirdi.

İki mərhələdə keçirilən intellektual oyunun mahiyyəti, məşhur alim, filosof, şəxsiyyətlərin tapılmasından ibarətdir. Müvafiq olaraq hər iki universitetdən 4 komanda olmaqla ümumilikdə 8 komanda yarışdı. ”UNEC Generalismus” komandası qalib olaraq diplomla təltif olundu.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay