A

“UNECinema” layihəsi çərçivəsində universitetdə tələbələr üçün növbət nümayiş olunub.

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən layihənin məqsədi tələbələrin asudə vaxtlarını səmərəli və əyləncəli keçirməsinin təşkil olunmasıdır.

Filmdən öncə Biznes və menecment fakültəsinin THİK nümayəndəsi Şamxal Bağırzadə layihə və növbəti filmlərin seçim prosesi ilə bağlı tələbələrə məlumat verib. Bildirib ki, “UNECinema” layihəsi ayda iki dəfə reallaşdırılır. Öncədən sorğu anketi vasitəsilə tələbələrin ən çox baxmaq istədikləri filmlər toplanıb səsverməyə çıxarılır. Səsvermə nəticəsində daha çox səs toplayan film seçilərək növbəti seanslarda izləmək üçün yerləşdirilir.

Sonra tələbələr “World Language Center” xarici dil proqramları üzrə tədris mərkəzinin maliyyə dəstəyi ilə türk dilində film izləyiblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay