A

UNEC Karyera Mərkəzinin və IB Club Gənclərin İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “5 bucaq: Gələcəyin işi” mövzusunda tədbir keçirilib.

250-ə yaxın tələbələnin qatıldığı tədbirin keçirilməsində məqsəd mövzu üzrə  5 müxtəlif bucaqdan baxışı sistemli analiz etmək, gənclərin müzakirələrdən nəticə alması üçün şərait yaratmaq, hədəfli, özgüvənli, bacarıqlı, intellektual gənclərin yetişməsi yolunda onlara dəstək olmaqdan ibarətdir.

Tədbirdə çıxış edən məruzəçilər - “Logix” şirkətinin baş dirketoru Sakit Səmədov, “Kapital Bank”ın Marketinq Departamentinin Digital Marketinq üzrə aparıcı mütəxəssisi Numrəddin Hüseynov, “Bank Respublika”nın İnsan Resursları Departamentinin direktoru, “AvtoStop” Media Şirkətinin rəhbəri, Radio Dj Tural Yusifov, “Dərs Evi” şirkətinin Biznes inkişafı üzrə meneceri, karyera planlaması üzrə ekspert Toğrul Ələkbər mövcud peşələr üzrə innovativ yanaşmanı öyrənməyin yollarını, gələcək peşələr haqqında fikir mübadiləsi ilə gənclərə karyera quruculuğunda istiqamət verməkdən ibarət olub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay