A

UNEC-in Karyera Mərkəzi yeni layihəyə start verib.

“Tənəffüs” adlı layihənin məqsədi uğurlu karyera quran iş adamları ilə tələbələrin çay süfrəsi ətrafında səmimi və sərbəst görüşünə şərait yaratmaq, eyni zamanda onların uğur hekayələrini tələbələrlə paylaşmaqdır.

Layihənin ilk qonağı həkim-psixiatr, biznes konsultant Həlimə Qəmərlinskaya olub. Həlimə Qəmərlinskaya imtahanların başlanmasını nəzərə alaraq tələbələrə imtahan həyəcanını dəf etməklə bağlı tövsiyələr verib. Eyni zamanda auditoriya qarşısında effektiv çıxış, liderlik, özünü motivasiya, stress menecment, barədə təcrübələrini bölüşüb. Səmimi keçən görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay