A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən Debat Klubunun birgə təşkilatçılığı ilə Debat Klubunun XXXIII Daxili Debat Forumu keçirilmişdir.

Turnirin final mərhələsində Azərbaycan bölməsi üzrə "Hələ ki qalsın" komandası (Rza Həsənov, Hikmət Məmmədli, İsa Sofiyev) ilə " Allahın Coolları" komandası  (Əhliman Süleymanlı, Elgün Məmmədov, Ayxan Nabatov), Rus bölməsi üzrə isə "Orden Feniksa" (Aydan Quluzadə, Elnur Babazadə, Nəzrin İsgəndərova) və "Yumorist" (Məleykə Əbilova, Ramiz Həsənli, Faik Hüseynov) komandaları qarşılaşdı.

Beləliklə, final oyununun nəticələrinə əsasən forumun qalibi Azərbaycan bölməsi üzrə "Hələ ki qalsın", Rus bölməsi üzrə isə “Orden Feniska” komandası oldu. Yarışın qaliblərinə diplomlar təqdim olunub.

Forumun Azərbaycan bölməsi üzrə "10 ən yaxşı natiq": Nəzrin Umudova, Elgün Məmmədov, Hikmət Məmmədli, Murad Əsgərzadə, Emil Quliyev, Ümid Oruclu, Nərmin Bayramova, Səbinə Əlizadə, Aytac Həsənova və Aytən Şükürova seçilib.

Turnirin Rus bölməsi üzrə "10 ən yaxşı natiq"i: Aydan Quluzadə, Emilya Abbasova, Elnur Babazadə, Sona Mehdiyeva, Faik Hüseynov, Səidə Bayramova, Nigar Məhərrəmli, Məleykə Əbilova, Məryəm Dadaşova, Valeh Musayev seçiliblər.

Finalçı və qalib komandaları təbrik edir və uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay