A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Mühasibat fakültəsinin Mühasibat uçotu və audit ixtisasının 4-cü kurs tələbəsi Günel Qasımlı Azərbaycan Respublikasının Gənclər Fondu, Naxçıvan MR-in Gənclər Fondu və Türkiyə Gənclik Vəqfinin (TÜGVA) birgə təşkilatçılığı ilə Türkiyənin Qaziantep şəhərində keçirilən Beynəlxalq zəfər düşərgəsinin iştirakçısı olub.

Günel Qasımlı düşərgəyə müraciət edən 1000 nəfər gəncin arasından seçilərək düşərgədə iştirak haqqı qazanıb. Düşərgənin məqsədi Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan zəfərin iki qardaş ölkənin gəncləri arasında təbliği, onların əməkdaşlığının daha da inkişaf etdirilməsi, müxtəlif sahələrdə birgə tədbirlər və layihələrin reallaşdırılması olub.

Düşərgə müddətində gənclər Türkiyənin Qaziantep, Şanlıurfa şəhərlərinnin tarixi yerləri ilə tanış olublar, həmçinin müxtəlif seminar və konfranslarda iştirak ediblər. Eləcə də  Naxçıvanın tarixi-mədəni abidələri və digər turizm məkanlarını da ziyarət ediblər.

Layihə çərçivəsində gənclərdə vətənpərvərlik ruhunun aşılanması, Vətən müharibəsi həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə qəhrəman qazilərlə görüşlər keçirilib. Layihə iştirakçıları Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru, millət vəkili Cəbi Quliyev, Türkiyə Gənclik Vəqfinin başkanı Enes Eminoğlu ilə də görüşüblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay