A

Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinin birgə təşkilatçılığı ilə H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə təşkilatçı qurumların əməkdaşları, UNEC-in Maliyyə və mühasibat fakültəsinin tələbələri və H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseyin şagirdləri iştirak ediblər.

“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində keçirilən tədbirdə məişət zorakılığının subyektləri, zorakılığın formaları, cəmiyyətdə və məişətdə qadın zorakılığı, islamda qadına verilən dəyər, erkən və məcburi nikah barədə ətraflı məlumat verilərək, məişət zorakılığının qarşısının alınması və bu sahədə preventiv tədbirlərin görülməsi, zorakılığa yol verilməməsinin təşviqi üçün məlumatlandırma və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin zəruriliyindən bəhs olunub.

Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay