A

UNEC-in Maliyyə və mühasibat fakültəsində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və “XXI Əsrin Qadınları” İctimai Birliyin sədri Mahirə Əmirhüseynova,“Sosial iqtisadi inkişaf uğrunda” İctimai Birliyinin sədri Sevda Məmmədova, Maliyyə və mühasibat fakültəsinin rəhbərliyi və tələbələri iştirak ediblər.

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində keçirilən tədbirdə insan alveri probleminin xüsusiyyətləri, insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallar, uşaqların insan alverinə məruz qalması riskləri, insan alverinin bütün formalarının qarşısının alınması və bu cinayətin qurbanlarının reabilitasiyası istiqamətində görülən işlər, eləcə də bu sahədə məlumatlandırma və maarifləndirmə tədbirlərinin genişləndirilməsi zəruriliyindən bəhs olunub.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub, məlumatlandırıcı bukletlər paylanılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay