Dövlət İmtahan Mərkəzinin ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) ilə birgə təşkil etdiyi vebinar yeni nəsil mühasibatlıq və maliyyə mütəxəssisləri üçün mühasibatlıq və maliyyənin gələcəyi, eləcə də ACCA kvalifikasiyalarının yaratdığı imkanlar barədə maarifləndirmə məqsədini daşıyıb.
Vebinarda maliyyə və mühasibatlıq sahəsində baş verən karyera trendləri, yeni yaranan karyera seqmentləri və ACCA-nın yeni Karyera Naviqasiya aləti barədə məlumat verilib, ACCA kvalifikasiyalarının peşəkarlıq səviyyəsini artırmaq istəyən şəxslərə yaratdığı imkanlar, eləcə də yeni qazanılmış peşəkar və texniki bacarıqların verdiyi üstünlüklərdən bəhs edilib.