Maliyyə və mühasibat fakültəsinin dekanı Hafis Hacıyev və fakültənin tələbələri Aprel döyüşlərinin 6-cı ildönümü ilə əlaqədar İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının məzarları ziyarət edilərək önünə gül dəstələri düzülüb və əziz xatirələri ehtiramla yad edilib.