A

28-29 iyunda UNEC XIV Karyera Yarmarkası təşkil olunacaq.

Azərbaycanda ilk dəfə onlayn platforma üzərindən təşkil olunacaq Karyera Yarmarkasında iştirak etmək istəyən müəssisə və təşkilatlar virtual platformada stendlər qurub, öz vakansiyalarını və təcrübə proqramlarını UNEC-in tələbə və məzunlarına təqdim edə biləcəklər.

Yarmarkada iştirak etmək istəyən müəssisə və təşkilatlar iştiraklarını təsdiq edən məlumatı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərə bilərlər.

UNEC-in sonuncu kurs tələbələri və məzunlar isə aşağıdakı link vasitəsilə qeydiyyatdan keçib yarmarkada iştirak edə bilərlər. Tələbə və məzunlar Yarmarkada nüfuzlu şirkətlər tərəfindən təqdim olunan vakansiyalar və təcrübə proqramlarına onlayn müraciət edib, müsahibələrə qatılmaq imkanı əldə edəcəklər.

Əlavə məlumat: (012) 492 59 03 (daxili 1509); 012 1846 (daxili 1509)

QEYDİYYAT

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay