A

EURAS Avrasiya Universitetlər Birliyinin rəhbəri işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı apardığı hərbi münaqişə ilə bağlı UNEC-ə dəstək məktubu ünvanlayıb.

EURAS Avrasiya Universitetlər Birliyinin rektoru, dosent  Mustafa Aydının ünvanladığı məktubda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın və ətraf ərazilərin Ermənistan tərəfindən işğal edilməsinin beynəlxalq hüquq normalarına tamamilə zidd olduğu qeyd olunub.  Ermənistanın Azərbaycana qarşı təcavüzü, mülki əhalini hədəfə alması insanlığa qarşı cinayət adlandırılıb.

Rektor Mustafa Aydın Azərbaycanın Ermənistana lazımi cavabı hərb meydanında qətiyyətlə verdiyini, Türkiyənin bu haqq-ədalət mübarizəsində qardaş ölkənin yanında olduğu vurğulayıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay