A

UNEC-də Tələbə Həmkarlar İttifaqı Komitəsi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrının təşkilatçılığı ilə Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında hazırlanmış “Kimdir müqəssir?!” tamaşası nümayiş olunub.

Tamaşadan öncə UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova tələbələrə tamaşa barədə məlumat verib.

Tələbələr tərəfindən maraqla qarşılanan tamaşada kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunmuşdu. Rolları Bakı Uşaq Teatrının aktyorları ifa ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay